QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə dövlət başçısından Dağlıq Qarabağ sözü

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmaqda davam edəcəyik"

BAKI, 2 noyabr — Sputnik. Dağlıq Qarabağ məsələsində haqlı mübarizədə Azərbaycanın yanında olmaqda davam edəcəyik.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hörmətli Putinlə görüşüb bu məsələni müzakirə edəcəyik" — deyə Türkiyənin dövlət başçısı qeyd edib.

O, Azərbaycanla imzalanan sazişlərdən razı qaldığını vurğulayıb. Ərdoğan Azərbaycanla Türkiyə arasındakı 1,6 milyard dollarlıq ticarət dövriyysəini 5 milyardadək qaldırmağı hədəflədiklərini qeyd edib.

Türkiyə lideri Azərbaycanı FETÖ ilə ilk mübarizəyə başlayan ölkələrdən biri kimi səciyyələndirib.

Ərdoğan 2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü illiyinin birlikdə qeyd ediləcəyini deyib.

Xəbər lenti
0