Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

BTQ layihəsinin iqtisadi və siyasi dividendləri

© pixabay / Fotoworkshop4YouЖелезнодорожные рельсы, фото из архива
Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu dəmiryolunun reallaşdırılması Azərbaycan və onun qonşularına nə verəcək?

BAKI, 2 noyabr — Sputnik. Oktyabrın 30-da beş ölkənin — Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezident və hökumət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryol magistralının təntənəli açılış mərasimi olub.

İlkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolunun vasitəsilə 6,5 milyon ton yükün və 1 milyona yaxın sərnişinin daşınması nəzərdə tutulur. Gələcəkdə isə bu dəhlizin yükdaşıma qabiliyyəti 17 milyon tona, sərnişindaşıma gücü isə 3 milyon nəfərdək artacaq.

Bununla belə, KİV-də sözügedən layihə ilə bağlı müxtəlif fikirlər yer almaqdadır. Məsələni optimist və pessimist nöqteyi-nəzərdən təhlil edənlər var. Bəs bu dəmiryolunun reallaşdırılması Azərbaycan və onun qonşularına nə verəcək? Bu barədə 3 noyabr saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev və "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışacaqlar.

Əlaqələr:

Teefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində — Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0