BAKI, 1 noyabr — Sputnik. Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü 2018-ci ildə Rusiyada keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumaına görə, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısı İlham Əliyev və Rusiya Federasiyasının lideri Vladimir Putinlə Tehranda keçirdiyi danışıqların nəticəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
"Cənab Putin növbəti sammiti Rusiya keçirməyi təklif etdi və biz bununla razılaşdıq. Mən cənab Putinə təşəkkür edirəm və biz elan edirik ki, növbəti zirvə görüşü gələn il Rusiyada keçiriləcək" — Ruhani deyib.