Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu ölkədə deyəsən "halal pul" ifadəsini səhv başa düşüblər...

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidKriptovalyuta, arxiv şəkli
Kriptovalyuta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu açıqlamanı Müftilər Şurası Aparatının rəhbəri, İslam iqtisadiyyatı və maliyyəsi üzrə müşavir Mədinə Kalimullina verib

BAKI, 1 noyabr — Sputnik. Rusiyada yaxın 2 il ərzində halal kriptovalyuta yaradıla bilər.

"Report" xəbər verir ki, bu açıqlamanı Müftilər Şurası Aparatının rəhbəri, İslam iqtisadiyyatı və maliyyəsi üzrə müşavir Mədinə Kalimullina verib.

M.Kalimullinanın sözlərinə görə, rəqəmsal pulların göstəricilərinə baxsaq, onların halal olması da mümkündür: "Lakin şəriət standartları hələ bu sahəni əhatə etmir. Bu mövzu Rusiya islam cəmiyyətində, xüsusilə Qafqazda çox aktualdır. İslam iqtisadçıları bu mövzunu hər zaman müzakirə edilər".

O bildirib ki, son zamanlar bəzi müsəlman ölkələrində kriptovalyuta birjaları yaradılıb. BƏƏ, Küveyt, Bəhreyn və S.Ərəbistanında "BitOasis", İndoneziyada "Bitcoin" və Malayziyada "Coinbox" fəaliyyətə başlayıb.

"Müsəlmanları ən çox narahat edən xüsusiyyət kriptovalyutanın vahid tənzimləyicisinin olmamasıdır", — deyə aparat rəhbəri qeyd edib.

Xəbər lenti
0