QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan nümayəndəliyi BMT baş katibinə müraciət etdi

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidФлаг у штаб-квартиры ООН в Нью-Йорке, фото из архива
Флаг у штаб-квартиры ООН в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT baş katibinə müraciət edib

BAKI, 1 noyabr — Sputnik. BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin baş katibi Antoniu Quttereşə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.

Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha sübut edilib.


Xəbər lenti
0