Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya İŞİD-in mövqelərinə raket zərbələri endirdi

© Photo : Rusiya Müdafiə Nazirliyi / Mediabanka keçidAralıq dənizində İŞİD mövqelərinə Rusiyanın raket zərbəsi, arxiv şəkli
Aralıq dənizində İŞİD mövqelərinə Rusiyanın raket zərbəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib

BAKI, 31 oktyabr — Sputnik. Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. 

Sputnik Azərbaycan-ın xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyanın "Velikiy Novqorod" sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə "Kalibr" raketləri ilə zərbələr endirib.

"Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib" — nazirlikdən bildirilib.

Xəbər lenti
0