BAKI, 31 oktyabr — Sputnik. "Əgər rəsmi Brüssel zəmanət versə, "Türk Axını" qaz boru kəmərini Avropa İttifaqı ölkələrinə qədər uzatmağa hazırıq". Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bu gün keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Türk Axını"nın ikinci qolunun Avropa torpaqlarına qədər uzanması, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin getdikcə artan tələblərini qarşılaya bilər. Qitənin çoxlu sayda ölkəsi "Türk Axını" qaz boru xəttinə maraq göstərir. Və biz buna hazırıq. Ancaq əvvəlcə rəsmi Brüsselin zəmanəti olmalıdır" — Lavrov bildirib.