Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar artıq siqareti sevmirlər

CC0 / sipa / jigaretsСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşagəlməz vərdişin tərgidilməsində, 4 il əvvəl qəbul edilən qərar təsirli olub

BAKI, 30 oktyabr — Sputnik. Rusiyada sosial araşdırma şirkəti olan "Romir", ölkədə siqaretin populyarlığını yoxlamaq üçün sorğu aparıb. Sputnik Türkiyə xəbər verir ki, araşdırma zamanı maraqlı fakt üzə çıxıb. Belə ki, 4 il əvvəl ilə müqayisədə ölkədə siqaret çəkənlərin sayı yarı-yarıya azalıb.

Sorğu 18 yaşdan yuxarı, əvvəllər siqaret aludəçisi olan 1800 nəfər arasında aparılıb. 2013-cü ildə siqaret çəkənlər 40% təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 26%-ə qədər düşüb. Ekspertlər düşünürlər ki, xoşagəlməz vərdişin tərgidilməsində, 4 il əvvəl qəbul edilən qərar təsirli olub.

Xəbər lenti
0