BAKI, 30 oktyabr — Sputnik. Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Çinin Çonqqinq (Chongqinge) şəhərində çinli rəsmilərlə kosmos, aviasiya və nüvə sənayesi sahələrindəki əməkdaşlıqdan danışıb.
Bundan əvvəl də Rusiya nümayəndə heyətinin Çin Xalq Respublikası Dövlət Şurası ilə görüşmək üçün Çonqqinqə getdiyini xatırladan D.Roqozin həm də özünün Çin Kommunist Partiyası Siyasi Bürosunun İcra Komitəsi üzvü Vanq Yanqla görüşündən bəhs edib.
— Дмитрий Рогозин (@Rogozin) 29 октября 2017 г.
Sputnik Azərbaycan TRT-nin Bakı bürosuna istinadən bildirir ki, Rusiya Baş nazirinin müavini bu məlumatı “Twitter” hesabından paylaşdığı mesajında bildirib.