BAKI, 30 oktyabr — Sputnik. Rusiyada daha bir qadın gələn il keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, məşhur jurnalist, insan haqları fəalı Yekaterina Qordon dövlət başçılığına namizədliyini irəli sürüb.
"Mən Rusiya prezidentliyinə namizəd oldum. Yəqin ki, qərarları başqaları ilə məsləhətləşmədən verən ilk prezident mən olacağam" — Y.Qordon bildirib.
Xatırladaq ki, bundan əvəl daha bir məşhur sima, tanınmış teleaparıcı Kseniya Sobçak da prezidentliyə namizədliyini vermişdi.