BAKI, 28 oktyabr — Sputnik. "Sosial şəbəkə olan "Twitter"-in ABŞ kəşfiyyatı ilə əlaqələri narahatlıq doğurur". Sputnik xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova açıqlama verib.
Russia Today (RT) və Sputnik radiosunun "Twitter"-dəki reklamlarının əngəllənməsini iyrənc hərəkət kimi dəyərləndirən Zaxarova, sözügedən sosial şəbəkənin Amerika Mərkəzi Kəşfiyyatının göstərişi ilə hərəkət elədiyini bildirib.
"ABŞ kəşfiyyatı təzyiqini media və xüsusi şirkətlərə yayır. Maraqlıdır, onlar nə etmək istəyir?" — sözçü qeyd edib.