BAKI, 27 oktyabr — Sputnik. "Rusiyanın qərb sərhədində vəziyyət gərginləşir". Sputnik Azərbaycan Vedomosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Baltikyanı ölkələrdə, həmçinin Polşada NATO-nun hərbi birləşmələrinin yerləşdirilməsi və ardıcıl təlimlərin keçirilməsi, qərblə sərhəddə vəziyyəti gərginləşdirib" — nazir bildirib.
Şoyqu əlavə edib ki, Polşa və Baltikyanı ölkələrdə 5 minə yaxın NATO əsgəri cəmlənib. Almaniya və Polşada ABŞ Quru Qoşunlarının zirehli tank və aviasiya briqadaları dislokasiya olunub.