Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Filippinə böyük jest

© Photo : RF Müdafiə Nazirliyi / Mediabanka keçidRusiya müdafiə naziri Sergey Şoyqu və Filippin dövlət başçısı Rodriqo Duterte
Rusiya müdafiə naziri Sergey Şoyqu və Filippin dövlət başçısı Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
Filippin ziyarəti əsnasında rusiyalı nazir öz həmkarları ilə 7 müqavilə imzalayıb

BAKI, 26 oktyabr — Sputnik. Rusiya Filippinə silah, döyüş sursatları verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hərbi sursatın təqdimatı Manila limanında həyata keçirilib. Təqdimatda Rusiya müdafiə naziri Sergey Şoyqu və Filippin dövlət başçısı Rodriqo Duterte iştirak edib.

Əvvəlcə hər iki dövlətin nümayəndələri hərbi texniki əməkdaşlıq haqqında müqavilə imzalayıblar. İmzaları Şoyqu və onun filippinli həmkarı Delfin Lorenzana atıb.

Filippin ziyarəti əsnasında rusiyalı nazir öz həmkarları ilə 7 müqavilə imzalayıb.

Qeyd edək ki, "Admiral Vinoqradov", "Admiral Panteleyev" gəmiləri və "Boris Butoma" tankeri Mnailaya bir neçə gün əvvəl çatıb. Rusiya gəmilərinin Manila limanında sabaha qədər qalacağı düşünülür.

Xəbər lenti
0