Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ramzan Kadırov ortalığı bir-birinə qatdı

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidRamzan Kadırov. Arxiv şəkli
Ramzan Kadırov. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu cür əsassız iddialar, Ukraynadakı rusofobiyanın hansı səviyyələrdə olduğunu göstərir"

BAKI, 26 oktyabr — Sputnik. Silahlı hücuma məruz qalaraq yaralanan, daha sonra xəstəxanaya aparılan ukraynalı radikal sağçı millət vəkili İqor Mosiyçuk barədə rəsmi Kiyevin bəyanatı Rusiyanı qəzəbləndirib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Ukrayna hökuməti sui-qəsdin arxasında Çeçenistan prezidenti Ramzan Kadırovun ola biləcəyini ehtimal edir.

Rəsmi Kiyevin iddiasına Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov cavab verib. "Kiyevdəki rəhbərlik tək Kadırovu deyil, hər zaman olduğu kimi, Moskvadakı bütün rəsmiləri günahlandırır. Bu cür əsassız iddialar, Ukraynadakı rusofobiyanın hansı səviyyələrdə olduğunu göstərir" — Peskov bildirib.

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri İvan Varçenko, Kadırovun Mosiyçuka hücumda maraqlı olduğunu iddia edib.

Xəbər lenti
0