BAKI, 25 oktyabr — Sputnik. "Soçidə keçirilən XIX ümumdünya gənclər və tələbələr festivalı Rusiya ilə ABŞ-ın gərgin münasibətləri fonunda keçirilib". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, festivalda 180 ölkədən 30 mindən artıq insan iştirak edib. "Biz bilirik ki ABŞ ilə yanaşı dünya siyasətini Rusiya da formalaşdırır. Bu meydan Moskvaya lazım idi və o, bundan istifadə edə bildi. Festivalın məqsədi dünya gəncləri arasında Rusiyanın imicini qaldırmaq idi. Bu məqsəd həm daxilə, həm də xaricə yönəlmişdi".