Bakıda dünyanın görkəmli alimlərinin iştirakı ilə seysmologiya üzrə seminar keçirilib.
25 oktyabr 11.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmçinin ABŞ-ın Energetika Departamentinin nümayəndəsi V.Vanderera və Beynəlxalq laboratoriyanın seysmoloji layihələr departamentinin rəhbəri Livermir R. Geokun iştirakı ilə mətbuat konfransı olacaq. Onlar Azərbaycan və Qafqazda seysmoloji vəziyyətlə bağlı danışacaq, jurnalistləri maraqlandıran suallara cavab verəcəklər.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-ci məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.