BAKI, 19 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir çox dövlət rəsmilərinin əmək haqlarının azaldılması barədə imzaladığı sərəncamın müddətini bir il uzadıb. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Qərara əsasən prezidentin, baş nazirin, onun müavinlərinin və nazirlərin, həmçinin baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin maaşı 10% azaldılıb.
Sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.