Fazil Mustafa: “Himayədarları Ermənistana geri çəkilməyə icazə vermir”
“Dağlıq Qarabağ münaqişənin həlli üçün hələ də bir ümid yaranmayıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
“Hesab edirəm ki, hələlik situasiyada ciddi bir dəyişiklik yoxdur. Ermənistanın mövqeyində hansısa bir dəyişiklik yoxdur. Üstəlik, erməniləri dəstəkləyənlərin də mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Ona görə, bu görüşlər sadəcə sülh danışıqları üçün imitasiya xarakteri daşıyır” — deyə o bildirib.