BAKI, 18 oktyabr — Sputnik. "Prezidentlərin görüşündən konkret nəticə gözləmək olmazdı". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə politoloq Anar Sadıxov deyib.
Onun sözlərinə görə, Ermənistan, yalnız hərbi təzyiqlər nəticəsində güzəştə gedə bilər: "Aprel hadisələri zamanı biz bunu görürdük. O zaman Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasından söhbət gedirdi. Sonradan bu unuduldu. Azərbaycanın günahsız vətəndaşlarının öldürülməsi erməni tərəfinin aqressivliyinin göstəricisidir".