BAKI, 18 oktyabr — Sputnik. "Prezidentlərin görüşündə əsas məqam ondan ibarətdir ki, Ermənistan danışıqlar masasına geri qayıtdı".
Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə, politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, həm təkbətək, həm də həmsədrlərin iştirakı ilə keçirilən görüşlərdən yaxın zamanda konkret nəticə gözləmək düzgün deyil.
"Həmsədrlər yenə də bəyanatla çıxış ediblər. Amma istərdik ki, ATƏT konkret olaraq işğal olunmuş ərazilər haqqında bəyanat versin" — Nağıyev əlavə edib.