Şahbaz 3-4 cümlədən ibarət olan bu məktublarında səhhətinin yaxşı olduğunu bildirir, yaxınlarına salamlarını çatdırır və yeganə qızına yaxşı baxmalarını tapşırır.
Amma onun Tərtərin Qaradağlı kəndində yaşayan bacısı İradə Quliyevanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, onun sonuncu məktubu sentyabr ayında gəlib və məktubun məzmunu əvvəlkilərdən fərqli olmayıb. Bir müddət keçəndən sonra BQXK-dən Şahbazın bacısına verilən xəbər ailə üzvlərinin şübhələrini doğruldub.
İradə Quliyeva onu da bildirir ki, BQXK-dən onlara girovların səhhətinin daim qurumun nəzarəti altında olduğunu deyiblər.