BAKI, 12 oktyabr — Sputnik. Rusiyanın ABŞ-dakı diplomatik binasının üzərindən Rusiya bayrağı götürülüb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Söhbət San-Fransisko şəhərindəki Rusiyanın konsulluq binalarından gedir.
Rusiyanın ABŞ-dakı səfirliyi məsələ ilə bağlı kəskin etiraz edərək xüsusi bəyanat verib.
İki ölkə arasında diplomatik böhran sentyabrdan başlanıb. Sentyabrın əvvəllərində ABŞ rəsmilərinin tələbi ilə Rusiyanın San-Fransisko şəhərindəki baş konsulluğu və Vaşinqtondakı tucarət nümayəndəliyi bağlanış.