BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan gələn həftə İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının iclasından sonra jurnalistlərə deputat Armen Aşotyan məlumat verib.
“İclas zamanı biz həm də Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Cenevrədə baş tutacaq görüşünə toxunduq” — deyə o bildirib.