BAKI, 10 oktyabr — Sputnik. Rusiyanın Su-24 bombardmançı döyüş təyyarəsi Suriyadakı Xmeymim hava limanından çıxarkən qəzaya uğrayıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.
Heyət katapult etməyə imkan tapmayaraq həlak olub.
Təyyarə uçuş-enmə zolağından kənara çıxıb və partlayıb. İlkin məlumatlara görə, qəzaya səbəb təyyanin texniki nasazlığı ola bilər.
Ötən ilin noyabr və dekabr aylarında Rusiyanın Su-33 və MiG-29 təyyarələri "Admiral Kuznetsov" aviadaşıyıcısının üzərinə enərkən, göyərtədən kənara çıxmışdılar. Hər iki halda təyyarələr məhv olsa da, pilotlar katapult edərək xilas olublar.