Bu günün xüsusilə qeyd olunmasında məqsəd psixi sağlamlıq problemləri ilə bağlı əhalinin məlumatlılığını artırmaq, ruhi xəstəliklərin müalicəsi və profilaktikasıdır.
Ümumdünya Psixi Sağlamlıq Günü hər il oktyabrın 10-da qeyd olunur. Həmin gün beynəlxalq psixiatriya mərkəzləri tematik jurnallar çap edir, hökumət strukturlarına və səhiyyə orqanlarına psixi problemlərin aradan qaldırılması üçün beynəlxalq hərəkata qatılmağa çağırış məqsədilə müraciətlər yayırlar.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Moldovada psixi xəstəliklərlə bağlı problemlər necə həll olunur? Bu barədə 10 oktyabr, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə psixologiya və psixiatriya sahəsinin ekspertləri danışacaqlar:
Bakıda:
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov,
Astanada:
Avrasiya Praktiki Psixologiya və Psixoterapiya İnstitutunun direktoru, psixologiya elmləri namizədi Marina Kolyayeva,
Bişkekdə:
Respublika Psixoloji Sağlamlıq Mərkəzinin direktoru Uraimcan İsmayılov,
Həmçinin Minsk və Kişinyovun psixiatr və psixoloqları.
Əlaqələr:
Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.