BAKI, 7 oktyabr — Sputnik. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, həmsədrlər ötən gün Ermənistana səfər ediblər. Bir gün əvvəl isə ATƏT-in Minsk qrupunun amerikalı sədri Endryu Şefer Dağlıq Qarabağda olub.
Axşam saatlarında həmsədrlərin region səfəri başa çatacaq.