BAKI, 6 oktyabr — Sputnik. Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb. Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir.
Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.
Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.