Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada daha bir kannibalizm hadisəsi

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada 40 yaşlı şəxs tanışını öldürdükdən sonra yeyib

BAKI, 5 oktyabr — Sputnik. Tatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: "Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri müəyyən edilib. Şizofreniyadan əziyyət çəkən 40 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb. O, cinayəti törətdiyini etiraf edib”.

Qeyd edək ki, saxlanılan şəxs polisə hadisə barədə özü məlumat verib.

Xəbər lenti
0