QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əhmədoğlu: “Avropa Şurasının Azərbaycan qarşısında günahkar olduğunu sübut etməliyik”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Azərbaycanın Avropa qurumlarından narazılığı var

Mübariz Əhmədoğlu: “Azərbaycanın Avropa Şurasından çıxmasının tərəfdarı deyiləm”
“Biz çalışmalıyıq ki, Avropa Şurasının konseptual, strateji baxımdan Azərbaycan qarşısında günahkar olduğunu sübut edək”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan — Avropa Şurası münasibətlərini şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

“Avropa Şurası, o cümlədən AŞPA və digər qurumlardan Azərbaycanın narazılığı var. Kataloniyada keçirilən referendumun nəticələrini Avropada heç bir qurum tanımadı. Ancaq bu məsələ Azərbaycana gələndə ərazi bütövlüyü prinsipini qəti və konkret şəkildə ifadə etmirlər. Mən Azərbaycanın Avropa Şurasından çıxmasının da tərəfdarı deyiləm” — deyə o bildirib.

Xəbər lenti
0