BAKI, 3 oktyabr — Sputnik. Qərb ölkələri ilə münasibətləri gərginləşən Rusiya hərbi xərclərini ikiqat artırıb. Britaniya mətbuatının xəbərinə görə, Rusiya dünyada misli görülməyən yeni növ silah istehsal edib. Radio-elektron adlanan bu silah nüvə bombasından daha güclüdür.
"British Daily Star" qəzeti yazır ki, sözügedən silah istənilən ordunu neytrallaşdırmağa qadirdir. Üstəlik 7 kilometrlik məsafədə düşmən qüvvələrinin elektron qurğularını təsirsiz hala sala bilir.
Radio-elektronun ən güclü xüsusiyyətlərindən biri də odur ki, tankların nəzarət sistemlərini sıradan çıxarma gücünə malikdir.