Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə narahatlıq: "Hələ əsl dəhşət qabaqdadır"

© AFP 2024 / Marwan IBRAHIM Kürd yaraqlıları
Kürd yaraqlıları - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir azdan Yaxın Şərqdəki hazırki vəziyyətə şükür edəcəyik"

BAKI, 2 oktyabr — Sputnik. "Amerikanın Yaxın Şərq regionu üzərində hədəf və planları çərçivəsində, Rusiya istər-istəməz Türkiyə ilə daha çox yaxınlaşır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında, Vladimir Putinin ötən həftə Ankaraya səfərini dəyərləndirən türkiyəli politoloq Güngör Gökdağ deyib.

© Photo : Güngör Gökdağ şəxsi arxivindənSiyasi şərhçi Güngör Gökdağ
Siyasi şərhçi Güngör Gökdağ - Sputnik Azərbaycan
Siyasi şərhçi Güngör Gökdağ

"Vladimir Putinin Türkiyəyə gerçəkləşdirdiyi ziyarət çox vacib idi. Putin-Ərdoğan görüşündə ikitərəfli əlaqələr və regional məsələlər masaya yatırıldı. Qarşılıqlı əlaqələrin istiqrarlı şəkildə davamı mövzusunda hər iki lider razılığa gəldi" — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, bölgədəki dəyişikliklər və ABŞ-ın Yaxın Şərq regionu ilə bağlı planları Ankara ilə Moskvanın bərabər hərəkət etməsini labüd edir: "İraqın şimalında keçirilən referendum da bu faktı isbat edir. Vaşinqton kürdlərdən istifadə edərək, onlara müstəqillik sözü verərək, getdikcə bölgəyə daha çox yerləşir. Orta və uzun müddətli hədəflərinə çatmaq üçün regionu barıt çəlləyinə çevirir".

"Təsəvvür edin ki, bir azdan Yaxın Şərqdəki hazırki vəziyyətə şükür edəcəyik. Əsl dəhşət İraqın parçalanması və bu ölkənin şimalında, Vaşinqtona xidmət edən "müstəqil" Kürdüstanın qurulması ilə başlayacaq" — politoloq vurğulayıb.

Ekspertin qənaətincə, bu proses Rusiyanın maraqlarına qətiyyən uyğun gəlmir: "Amerikanın Rusiyaya bu qədər yaxınlaşması, Yaxın Şərqi öz istəyinə uyğun dizayn etməsi Moskvada mənfi gedişat olaraq dəyərləndirilir".

Güngör Gökdağ, Amerikanın planlarına qarşı durmaq və bu planları pozmaq üçün Rusiya — Türkiyə əməkdaşlığının şərt olduğunu düşünür: "Bu əməkdaşlıq həm iqtisadi, həm ticari, həm də siyasi-hərbi sahədə daha da inkişaf etməlidir. Rusiya ilə birlikdə hərəkət etmək Türkiyə üçün də vacibdir. Həmçinin Vladimir Putin Suriyada müharibəsiz bölgələrin təşkilinin son dərəcə çətin olduğunu deyərək, bunun bacarılmasında Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi qiymətləndirdi".

"Türk axını" və "Akkuyu" atom elektrik stansiyası məsələlərində də əhəmiyyətli iş prosesi davam edir. Həm Putin, həm də Ərdoğan bu işlərin sürətlə yekunlaşmasına böyük diqqət yetirir. Rusiya Türkiyə üçün vacib müttəfiqdir" — Gökdağ əlavə edib.

Xəbər lenti
0