QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Türkiyə vətəndaşlarını beynəlxalq axtarışa verdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi şəhəri
Xankəndi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
"Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib"

BAKI, 30 sentyabr — Sputnik. "Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb". APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, həmin şəxslər beynəlxalq axtarışa verilib: "Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs — Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Xəbər lenti
0