BAKI, 30 sentyabr — Sputnik. Rusiyalı məşhur müxalif Aleksey Navalni azadlığa buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Navalni dünən insanları razılaşdırılmamış aksiyalarda iştiraka çağırdığına görə saxlanılmışdı.
Məlumata görə, o sorğu-sual edildikdən sonra polis bölməsindən evə buraxılıb.
Navalninin vəkili Olqa Mixaylovayanın sözlərinə görə, oktyabrın 2-də Simonovski məhkəməsi Navalnıya qarşı açılmış inzibati işə baxacaq.