BAKI, 27 sentyabr — Sputnik. "Türkiyə ilə aramızda olan hərbi-texniki əməkdaşlıq beynəlxalq qanunvericiliyinə uyğundur, heç kim buna görə bizi tənqid etməməlidir". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov S-400 müqaviləsi ilə bağlı ünvanlanan tənqidlərə cavab verərkən deyib.
"Beynəlxalq qanunvericiliklə tənzimlənən Rusiya və Türkiyə arasında olan hərbi-texniki əməkdaşlığı tənqid etməyə heç kəsin haqqı yoxdur və bu əməkdaşlıq heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib” – Peskov bildirib.
Sözçü, Putinin sabahkı Türkiyə səfərindən də danışıb:
“Səfər tamamilə praqmatik məqsədə xidmət edir. İstər ticari-iqtisasdi əməkdaşlıq olsun, hərbi, mədəniyyət sahəsində iki ölkə çox böyük qarşılıqlı fəaliyyətə malikdir”.
Xatırladaq ki, Türkiyə S-400 zenit-raket komplekslərinin alınması üçün Rusiya ilə saziş imzalayıb.