İlqar Vəlizadə: “Fövqəl dövlətlər Ermənistana təsir göstərməsələr, ciddi dəyişikliklər görə bilərik”
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbycan-a deyir ki, danışıqlardan öncə detalların açıqlanması maraqlı məqamdır: “Vəziyyəti mürəkkəbləşdirən səbəb odur ki, Azərbaycana torpaqların qaytarılması digər məsələlərlə əlaqələndirilir. Əgər fövqəldövlətlər Ermənistana hər hansı təsir göstərməsələr, biz danışıqlar prosesində ciddi dəyişikliklər görə bilərik”.