BAKI, 26 sentyabr — Sputnik. 27 sentyabr 1970-ci ildə Ümumdünya Turizm Təşkilatının (ÜTT) Nizamnaməsi qəbul edilib. Daha sonra — 1979-cu ildə İspaniyanın Torremolino şəhərində Ümumdünya Turizm Təşkilatının (The World Tourism Organization, UNWTO) Baş Assambleyası Ümumdünya Turizm Gününün təsis olunması barədə qərar qəbul edib.
Bu günün bayram kimi qeyd olunmasında məqsəd turizmin təbliği, ondan gələn gəlirlərin dünya ictimaiyyətinin iqtisadi vəziyyətinə töhfə verməsi, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişafıdır. ÜTG beynəlxalq ictimaiyyətin diqqətini turizmin inkişafına və onun sosial, iqtisadi və mədəni əhəmiyyətinə cəlb edir.
Bəs MDB ölkələrində turizmin təbliği necə gedir və bu, hansı nəticələri doğurur? Bu barədə sentyabrın 27-də saat 12.00-da turizm gününə həsr olunmuş videokörpüdə söhbət açılacaq. Videokörpüdə iştirak edəcəklər:
Bakıda:
— Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev
— Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
— marketinq üzrə menecer Cəmilə Talıbzadə
Tbilisidə:
— Georgia Destination Management şirkətinin satış və biznesin inkişafı üzrə direktoru Tamar Çxeidze
Minskdə:
— Respublika Turizm Sənayesi İttifaqının İdarə heytənin sədri Filipp Qulı
Kişinyovda:
— Moldova Respublikası Turizm Agentliyinin idarə rəisi Viktor Çobanu
Bişkekdə:
— Turizm üzrə mütəxəssis
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.