Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Facebook" rəsmən xəbərdar edildi: "Bağlayacağıq"

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəxsi məlumatların qorunması haqqında" qanunun tələblərini yerinə yetirməzsə, "Facebook" bağlanacaq

BAKI, 26 sentyabr — Sputnik. "Şəxsi məlumatların qorunması haqqında" qanunun tələblərini yerinə yetirməzsə, "Facebook" Rusiyada bağlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov bildirib.

Mark Zukerberq ailəsi ilə - Sputnik Azərbaycan
"Facebook"un təsisçisi ikinci dəfə ata oldu

"Qanun hamı üçün məcburidir. Ona görə də şübhə yoxdur ki, biz istənilən halda qanunun tələblərinin yerinə yetirilməsinə, əksə təqdirdə, təəssüf ki, LinkedIn kimi bu şirkətin də fəaliyyətini dayandıracağıq" — deyə Jarov bildirib.

Onun sözlərinə görə, "Roskomnadzor" yaxşı başa düşür ki, "Facebook" Rusiyada çox populyardır: "Digər tərəfdən biz başa düşürük ki, "Facebook" unikal xidmətdir, amma digər sosial şəbəkələr də var. Buna görə də, biz çalışacağıq ki, "Facebook" tərəfindən 242-ci qanuna hörmət qoyulsun".

"Facebook"dan bizə rəsmi məktub daxil olmayıb. Bizim bu istiqamətdə 2017-ci ilin sonuna qədər yoxlamalar aparmaq planımız yoxdur, amma 2018-ci ildə bu barədə düşünəcəyik" — deyə "Roskomnadzor"un rəhbəri bildirib.

Şəxsi məlumatlarla bağlı qanunvericilik ölkə ərazisində rusiyalıların şəxsi məlumatlarının qorunmasını tələb edir. "Roskomnadzor" qanunu pozan saytları xüsusi qeydiyyata alır və pozuntuları aradan qaldırmaqdan imtina etdikdə onları bloklayır. Ötən il sözügedən Xidmət LinkedIn sosialı şəbəkəsini bağlayıb.

Xəbər lenti
0