BAKI, 26 sentyabr — Sputnik. 1918-ci il sentyabrın 26-da Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə endirib.
Həmin gün Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.
Lakin tezliklə Osmanlı dövlətinin I Dünya müharibəsindəki məğlubiyyəti səbəbilə türk hərbi kontingenti Azərbaycanı tərk etməli oldu və bu zəfər yürüşü də yarımçıq qaldı.