BAKI, 23 sentyabr — Sputnik. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri — Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" hesabında verib.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edir.Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yolları müzakirə olunur.