QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qərar verildi: Sabah Edvard Nalbandyanla görüş olacaq

© REUTERS / Sergei KarpukhinElmar Məmmədyarov və Edvard Nalbandyan
Elmar Məmmədyarov və Edvard Nalbandyan - Sputnik Azərbaycan
Abunə olmaq
Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb

BAKI, 22 sentyabr — Sputnik. Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.

Sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

Xəbər lenti
0