BAKI, 22 sentyabr — Sputnik. Donbassda BMT sülhməramlılarının yerləşdirilməsi üçün Rusiyanın icazəsi olmalıdır, əks halda bu mümkün deyil.
Sputnik Azərbaycan "Lenta"-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Amerikanın “Fox News” telekanalına müsahibəsində deyib.
“Sülhməramlıların şərqi Ukraynaya yerləşməsi üçün Rusiya da daxil olmaqla BMT-nin beş daimi üzvünün razılığı lazımdır” – prezident bildirib.
Poroşenko qeyd edib ki, sülhməramlılar təkcə Ukrayna ordusunun nəzarətində olmayan yerlərə yox, Rusiya ilə sərhəddə də yerləşdirilməlidir.