BAKI, 22 sentyabr — Sputnik. Rusların böyük əksəriyyəti prezident Vladimir Putinin işindən razıdır. "Левада-центр" adlı qeyri-hökumət təşkilatının keçirdiyi sorğunun nəticəsi bunu deməyə əsas verir.
Sputnik Azərbaycan "Kommersant"-a istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 83 %-i prezidentin fəaliyyətini bəyənir, 17 faiz isə Putini uğursuz sayır.
Sorğuda iştirak edənlərdən Putindən başqa, baş nazir Medvedevin də iş fəaliyyəti soruşulub. Respondentlərin 52 %-i mənfi, 48 %-i müsbət cavab verib.