BAKI, 21 sentyabr — Sputnik. Rusiyanın Rostov-Don şəhərinin mərkəzində yerləşən oteldə yanğın baş verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb. Həyatını itirən şəxs otelin inzibatçısıdır. 400 insan oteldən təxliyyə edilib.
Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov Vilayəti üzrə Baş İdarəsi yayıb.
Xəbərə görə, yanğın artıq söndürülüb.