QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni xalqına çağırış: "Sarkisyan rejimindən qurtulmasanız... "

© Sputnik / Murad OrujovПредседатель Госкомитета Азербайджана по делам беженцев и вынужденных переселенцев Али Гасанов
Председатель Госкомитета Азербайджана по делам беженцев и вынужденных переселенцев Али Гасанов - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Sərkisyan çıxışı zamanı da əzilib-büzülürdü, günahkar insanlar belə edirlər"

BAKI, 21 sentyabr — Sputnik. "Serj Sarkisyanın BMT-dəki çıxışı onun həyasızlığını, abırsızlığını göstərdi. Belə fikirləşirəm ki, o çıxış onun öz beyninin məhsulu deyil. Sarkisyan bu çıxışla özünü biabır edib".

Президент Азербайджана рассказал на Генассамблее ООН о Карабахском конфликте - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyevdən sərt çıxış: "Cəza apreldəki kimi olacaq"

Sputnik Azərbaycan xəbər verir ki, "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filminin təqdimat mərasimində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov belə açıqlama verib.

O, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını sərt tənqid edib: "Necə ola bilər ki, sən bir ölkənin torpaqlarını işğal edirsən, insanları məcburi edirsən, sonra da bu cür çıxış edirsən?! Bu, tərbiyəsizlikdir".

"Sərkisyan çıxışı zamanı da əzilib-büzülürdü, günahkar insanlar belə edirlər. Əksinə, Prezident İlham Əliyev isə qətiyyətli çıxış etdi" — Həsənov vurğulayıb.

Komitə sədri Ermənistan prezidentini cinayətkar adlandırıb: "Ermənilər Sarkisyan rejimindən azad olmalıdırlar. Ermənistan hakimiyyətində olanlar Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, Azərbaycan xalqının qanını tökməklə hakimiyyətə gəliblər. Hər iki xalq bu münaqişədən yorulub. Münaqişə tezliklə həll edilməlidir".

Xəbər lenti
0