BAKI, 19 sentyabr — Sputnik. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, işə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq.
Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apellyasiya şikayəti verib.