BAKI, 19 sentyabr — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı qəzəbləndirəcək açıqlama verib. O, amerikalı hərbçilərin Donbasın azad olunmasında Ukraynaya kömək edəcəklərini deyib.
Sputnik Azərbaycan "Korrespondent"-ə istinadən xəbər verir ki, Poroşenko Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırıb. "ABŞ əsgərləri bizə Donbasın azad olunması və Ukrayna ərazilərinin geri qaytarılmasında yardım edəcəklər" — prezident vurğulayıb.