BAKI, 18 sentyabr — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillerson, Rusiyanın BMT-dəki daimi təmsilçiliyində, bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb. Sputnik xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüş 45 dəqiqə davam edib. Tərəflər Suriyadakı vəziyyəti, Ukrayna böhranını, Şimali Koreyanın nüvə proqramını və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, Lavrov Nyu-Yorka BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün gəlib.