Bu günün neftçilərin bayramı kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 2001-ci ilin 16 avqustunda sərəncam imzalayıb.
Həmin günün bayram edilməsi 1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarında yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə ilə əlaqədardır. Həmin müqavilə Azərbaycan tarixinə "Əsrin müqaviləsi" kimi düşüb.
Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsinə dair yeni imzalanmış müqavilə Azərbaycan üçün hansı perspektivləri açır və hazırda dünya neft bazarında vəziyyət necədir? Bu barədə 20 sentyabr saat 10.30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.