Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələri Ağdamın işğal altındakı ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Təlimlərdə, əsasən ağır artilleriya və zirehli texnikadan istifadə edilir.
Cəbhəyanı kəndlərin sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisi istiqamətində, bu gün təqribən saat 12.00 radələrindən başlayıb. Hazırda ara-sıra silah və partlayış səsləri eşidilməkdədir.
Atəş səsləri həmçinin, qonşu Tərtər və Bərdə rayonlarının ərazisində də eşidilir.