BAKI, 13 sentyabr — Sputnik. Rusiya paytaxtının ticarət mərkəzlərindən, vağzallarından, ali məktəblərindən və otellərindən 20 mindən artıq insan təxliyə edilib. Təxliyə partlayış xəbərdarlığı səbəbindən həyata keçirilib.
Ümumilikdə 30 obyektdən insanlar təxliyə olunub.
Qızıl meydandakı məşhur "QUM" ticarət mərkəzi də "minalanıb".
Son 3 gündə Rusiyanın bir çox şəhərlərində müxtəlif obyektlərə bomba qoyulması barədə zənglər edilir. Lakin bu xəbərdarlığın heç biri təsdiqini tapmır.